"Vorskla" klubunun yarımmüdafiəçisi Qeqam Kadimyan Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"la keçirəcəkləri oyun üçün ölkəmizə gəlməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, buna səbəb onun zədəli olmasıdı. Çiynindən zədə alan erməni futbolçunun nə vaxt sağalacağı bilinmir.
Bundan başqa "Vorskla"nın daha 4 üzvü - Denis Vasin, Aleksandr Kobaxidze, Dmitri Kravçenko və Artur zədə səbəbindən Bakıya gəlməyəcək.
Qeyd edək ki, "Arsenal"ın erməni yarımmüdafiəçisi Henrik Mxitaryan da "Qarabağ"la oyuna gəlməmişdi.
Şərhlər