İŞİD-in yüksək vəzifəli şəxslərindən olan Əbu Əl Umarayn öldürülüb.
Qaynarinfo xəbər verir ki, terrorçu lider ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın Badiyə səhrasına təşkil etdiyi hücumda zərərsizləşdirilib.
Qeyd edək ki, Umarayn 2014-cü ildə amerikalı humanitar yardım işçisi 26 yaşlı Peter Kassiq və digər şəxsləri edam edən qrupa rəhbərlik edib.
Gülşən
Şərhlər