ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra Çexiya da oxşar addımla çıxış edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Çexiya xarici işlər nazirliyinin rəsmi saytında "Çexiya, İsrail və Fələstin arasında sülh müqaviləsi imzalanana qədər Qüdsün qərbini İsrailin paytaxtı kimi tanıyır" açıqlamasını yayımlayıb.
Saytda həmçinin səfirliyin Qüdsə köçürülməsi məsələsinin digər müttəfiqlərlə görüş zamanı dəyərləndiriləcəyi qeyd edilib.
Gülşən
Şərhlər