Danimarkada ictimai yerdə niqab və pərəncə qadağan edilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, parlamentdə keçirilən səsvermədə bu qaydaya 70 nəfər "Hə", 30 nəfər isə "Yox" cavabını verib. Avqustda qüvvəyə minəcək qanunu pozanlara 1000 kron cəza veriləcək. Pozuntu halını 4 dəfə təkrar edən isə 10 min kron ödəməli olacaq.
Polis niqab və ya pərəncə geyinən qadınlara müdaxilə etməyəcək, sadəcə cəzanı verəndən sonra evlərinə getməyi tələb edəcək.
2010-cu ilin rəqəmlərinə görə, Danimarkada belə geyimlərdən istifadə edən 200-ə qədər qadın var.
Gülşən
Şərhlər