“Amerika Kitabxanalar Assosiasiyası” (ALA- American Library Association) azərbaycanlı yazıçı Əkrəm Əylisinin “Daş yuxular” əsərini qadağan olunmuş kitablar siyahısına salıb.
“Qafqazinfo” xəbər verir ki, hər il Amerikada 21-27 sentyabr tarixləri arası qeyd edilən “Qadağan Olunmuş Kitablar Həftəsi”ndə 2013-2014-cü illərdə dünyanın müxtəlif ölkələrində mübahisələrə səbəb olan, satışı məhdudlaşdırılan, məhv və ya qadağan edilən kitabların adları açıqlanır. Bu dəfə hazırlanan siyahıda ötən il “Drujba narodov” jurnalında nəşr olunan “Daş yuxular”ın da adı çəkilib.
Qeyd edək ki, Ermənistan-Azərbaycan münasibətlərindən bəhs edən kitabla bağlı ilkin məlumat və əsərin tərcüməsi ötən il “Qafqazinfo”da dərc olunmuşdu. Əsər ölkədə birmənalı qarşılanmamışdı. Kitabın çapı Azərbaycanda qadağan edilsə də Ermənistanda ötən ildən bu yana “Daş yuxular” həftənin ən çox satılan kitabları siyahısında yerini qoruyub saxlaya bilir.
Xatırladaq ki, Əkrəm Əylisli Nobel Sülh Mükafatına Namizəddir və mükafatın qalibi oktyabrın 10-da açıqlanacaq.
Qaynar.info
Şərhlər