Video 19:33 24.02.2021

Daşı öz başına vurdu, yerdə süründü, hakimi inandıra bilmədi (VİDEO)

Futbol üzrə Qvatemala milli çempionatında ilginc hadisə baş verib.

Qaynarinfo xəbər verir ki, "Batanekos" - "Deportivo San-Lorentso" matçında meydan sahiblərinin futbolçusu Rosbin Ramos qeyri-adi simulyasiyaya əl atıb.

Futbolçu hakimlə mübahisə zamanı kənardan bir daş götürərək, başına vurub. O, belə hərəkəti ilə hakimlərin diqqətini çəkməyə çalışıb və yerə yıxılıb. Ramos daha sonra baş hakimi xəsarət aldığına inandırmaq üçün yerdə sürünsə də, referi ona əhəmiyyət verməyib.