Bu gün DÇ-2026-da 2-ci finalçının da adına aydınlıq gələcək.
Qaynarinfo xəbər verir ki, İngiltərə "Atlanta Stadium"da son çempion Argentina ilə qarşılaşacaq. Maraqla gözlənilən görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu cütün qalibi isə finalda İspaniyaya rəqib olacaq.
Dünya çempiontları tarixində İngiltərə 1 (1966-cı il), Argentina isə 3 dəfə (1978, 1986, 2022-ci illər) qalib olmağı bacarıb. Ümumilikdə İngiltərə 2, Argentina 6 dəfə finalda qüvvəsini sınayıb.
Qeyd edək ki, final oyunu iyulun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Yarımfinalın ilk oyununda İspaniya Fransanı iki cavabsız qolla üstələyib.
DÇ-2026
Yarımfinal
15 iyul
23.00 İngiltərə - Argentina
Baş hakim: İsmail Elfat (ABŞ).
Atlanta stadionu
Şərhlər