Xəbər lenti

DÇ-2026: İlk finalçı bəlli oldu
İdman 01:04 15.07.2026

DÇ-2026: İlk finalçı bəlli oldu

Futbol üzrə dünya çempionatında İspaniya Fransanı məğlub eədrək finala yüksələn ilk komanda olub.

Qaynarinfo-nun məlumatına görə, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar 2:0 hesablı qələbəyə seviniblər.

Qolları Mikel Oyarsabal (22) və Pedro Porro (58) vurublar.

İspaniya yığmasının həlledici mərhələdəki rəqibi İngiltərə - Argentina matçının qalibi olacaq. Fransa isə üçüncü yer uğrunda görüçdə sözügedən cütün məğlubu ilə üz-üzə gələcək.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->