Xəbər lenti

DDLA-da Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunan tədbir keçirildi
Ölkə 17:43 05.06.2025

DDLA-da Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunan tədbir keçirildi

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə maarifləndirici tədbir təşkil olunub.

Qaynarinfo xəbər verir ki, agentliyin SƏTƏM işləri üzrə baş mütəxəssisi Nigar Novruzova Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün yaranma tarixi və tədbirin məqsədi barədə məlumat verib. Bildirib ki, hər il ənənəvi olaraq keçirilən Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün builki çağırışı "Plastik çirklənməyə qarşı mübarizə” mövzusuna həsr olunub.


Təqdimatla çıxış edən Agentliyin Dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin baş mütəxəssisi Sənəm Cəfərova isə plastik çirklənmənin təbiətə və canlılara olan mənfi təsirlərindən, gündəlik həyatda plastikdən istifadənin azaldılması yollarından danışıb. Qeyd edib ki, plastik tullantıların azaldılması, təkrar istifadəsi və emalı ətraf mühitin tullantılardan mühafizəsinə müsbət təsir göstərir.

Tədbirdə gəmi və liman sektorunda tullantıların çeşidlənməsi, toplanması və emalı ilə bağlı beynəlxalq təcrübələr və Agentlik tərəfindən həyata keçirilən tədbirlər xüsusilə vurğulanıb.

Sonda tədbir iştirakçıları mövzu ilə bağlı suallarını və praktik tövsiyələrini səsləndiriblər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->