Xəbər lenti

Saraydan kraliçaya gizli tapşırıq:
Dünya 15:25 06.06.2025

Saraydan kraliçaya gizli tapşırıq: "Əgər onu dayandırmasanız, kralımız öləcək"

Bütün həyatını anasının kölgəsində bir varis kimi keçirən Kral III Çarlz nəhayət 70 yaşından sonra tacına və taxtına qovuşmuşdu. Lakin bu gecikmiş kral olma arzusu reallaşsa da, taleyin ona başqa planları var idi.

Qaynarinfo xəbər verir ki, iki oğlu arasında bitib-tükənməyən soyuqluq səbəbilə dərindən üzülən III Çarlz bu sarsıntı ilə mübarizə apararkən onun xərçəngə tutulduğu xəbəri gündəmə bomba kimi düşmüşdü. Amma bütün bunlara baxmayaraq, o, iş tempini azaltmadan kral vəzifələrini icra etməyə davam edir.

Sarayın narahatlığı artır

Bukingem sarayının daxilindən sızan məlumatlara görə, saray əməkdaşları kralın sağlamlığının daha da pisləşəcəyindən qorxaraq son çarəni Kraliça Kamillaya üz tutmaqda görüblər. İddialara görə, Kamillaya gizli şəkildə tapşırılıb ki, həyat yoldaşının bu qədər yorucu iş tempinə son qoyması üçün onu razı salsın.

Sarayın bu "incə xəbərdarlığı"nda Kraliçadan xahiş olunub ki, işə aludəçiliyi ilə tanınan kralın artıq daha çox istirahət etməsi və daha az işləməsi üçün ona təsir etməyə çalışsın.



Kral dayanmır

Hazırda 76 yaşında olan Kral III Çarlz son vaxtlar Kanada səfərində çox gərgin bir proqramı uğurla başa vurub. Səfər zamanı Kanada parlamentinin açılışında 30 dəqiqəlik nitq söyləyib, xokkey oyununda simvolik zərbə vurub və Rideau Hallda ağac əkib. Cəmi 48 saatlıq müddətdə bu qədər aktivlik isə onun sağlamlığı ilə bağlı narahatlıqları artırıb.

Kralı görməyə gələn kanadalı bir şəxs "Əvvəlkindən on il yaşlı kimi görünürdü. Hələ də gülümsəyən və sevimli Çarlz idi, amma bu dəfə solğun və yorğun görünürdü" sözləri ilə təəssüratını bölüşüb.



Kraliça belə dayandıra bilmir

Saraydakı mənbələr bildirir ki, artıq 77 yaşında olan Kraliça Kamilladan III Çarlzın sürətini azaltması üçün bir növ "əyləc rolu" oynaması istənilir. Lakin kralın sağlamlığı ilə bağlı artan narahatlıqlara baxmayaraq, o, saraydan gələn çağırışlara əhəmiyyət vermir və fəaliyyətini davam etdirməkdə israrlıdır.

Hətta Kraliçanın özünün belə kralın bu inadkarlığını anladığı, onun xəstə olmasına baxmayaraq qısa sürəcək hakimiyyətini daha məhsuldar və yadda qalan etmək istədiyini dərk etdiyi deyilir. Bu səbəbdən o, həm narahat olsa da, həyat yoldaşına "dayan" deməyə ürək etmir.
 


Kral III Çarlz xərçəng diaqnozu ilə bağlı məlumat aldıqdan sonra mütəmadi olaraq müalicə alır. Onun səfərləri və rəsmi tədbirləri də bu müalicə rejiminə uyğun şəkildə planlaşdırılır. Son aylarda o, Avstraliya, Samoa və İtaliya daxil olmaqla bir sıra ölkələrə səfərlər edib, İngiltərədə də müntəzəm olaraq rəsmi tədbirlərdə iştirakını davam etdirib.

Bütün bu fiziki yorğunluğa rəğmən kral, oğlu Harri ilə olan gərgin münasibətləri və onun verdiyi açıqlamaların da təsiri ilə emosional baxımdan sarsılmağa davam edir. Saray isə ümid edir ki, heç olmasa Kamilla onu bir qədər sakitləşdirə bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->