Xəbər lenti

Sənət 13:24 20.10.2022

Dədə Süleymanın səhhəti necədir? - Qızı açıqladı

"Dədə Süleymanın səhhətində xeyli irəlləyiş var”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında sənətkarın qızı Aygün Abdullayeva deyib. Onun sözlərinə görə, əməkdar artist Süleyman Abdullayev artıq iki gündür qida qəbul etməyə başlayıb: 

"Belə getsə, qısa bir zamanda səhhəti daha da normallaşacaq. Onu xəstəxanaya yerləşdirmək, yenidən müalicələrə başlamaq istəyirik. Əminik ki, aparılan müalicələr ayağında olan qanqrenanın qarşısını alacaq. Əsas odur ki, atam yemək yesin”.  

Aygün Abdullayeva xanəndənin səhhətində yaranan problemlə bağlı bütün xərclərin dövlət tərəfindən qarşılandığını deyib. 

Qeyd edək ki, əməkdar artist, xanəndə Süleyman Abdullayevin səhhətində ciddi problem yaranıb. Onun ayaq barmağının ikisi amputasiya edilib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->