Ötən gün İraqın paytaxtı Bağdadda törədilmiş bir neçə partlayış nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb, 110 nəfərdən çox insan isə yaralanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əbbəl 25 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, avqustun 6-da Bağdadın bir neçə rayonunda ən azı 8 partlayış törədilib. Partlayışların əksəriyyəti iri bazarların yaxınlığında baş verib. Terrorçular partlayıcı quraşdırılmış avtomobillərdən və fuqas bombalardan istifadə edib.
Qeyd edək ki, Ramazan ayı ərzində terror aktları nəticəsində ən azı 650 insan həlak olub.
Qaynar.info
Şərhlər