Fevralın 13-ü axşam saatlarında Balakən rayonunda baş vermiş ağır yol qəzasında vəfat edən 34 yaşlı Samir Alqayevin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin vəzifəli əməkdaşının oğlu olduğu məlum olub.
Qasbinə kəndi ərazisində – Beşbulaq adlanan ərazidə Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Başar Saminin idarə etdiyi TIR ilə toqquşan "Toyota RAV4” markalı minik avtomobilində vəfat edən 1985-ci il təvəllüdlü Samir Alqayev ASC-nin Bakıda yerləşən mərkəzi idarəsinin baş məsləhətçisi Nurəddin Alqayevin oğludur.
Bildirilir ki, dəhşətli qəzada vəfat edən S.Alqayev də həmin ASC-nin Zaqatala şöbəsində işləyirmiş və işdən evə qayıdarkən faciəvi şəkildə vəfat edib.
S.Alqayevin 2 azyaşlı övladı qalıb.
Qeyd edək ki, qəzanın baş verdiyi Beşbulaq ərazisində tez-tez ağır yol qəzaları baş verir. (bizimyol.info)
Şərhlər