Dünya 15:58 28.04.2019

Dəhşətli virus bir ölkəni məhv edir

Konqo Demokratik Respublikasında "Ebola" virusu tüğyan edir.

Qaynarinfo xəbər verir ki, indiyədək virus 914 nəfərin həyatına son qoyub. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, aprelin 27-nədək ölkədə 1417 nəfər vurusa yoluxub, bunun 1351-i təsdiqlənib, 66 nəfər isə ehtimal hesab edilir. Yoluxanlardan 914 nəfər ölüb, 405 nəfrinin vəziyyəti pisdir.