Xəbər verdiyimiz kimi, Bakıda "Qoşulmama Hərəkatı"na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirildi. Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.
Bununla bağlı BiG.AZ-a danışan deputat Asim Mollazadə bildirib ki, bu təşkilata sədrlik Azərbaycana dünya ölkələrinə öz strategiyası və baxışları ilə bağlı daha dolğun məlumat veməyə imkan yaradacaq:"Ən önəmlisi geniş dost təbəqəsi qazanıldı. Bu ölkələrin bir çox BMT-nin Baş Assambleyanın üzvləri kimi Azərbaycanın qaldırdığı məsələlərdə səsvermədə iştirak edəcək. Bizim bir məqsədimiz var, o da hüququn aliliyini, sərhədlərin toxunulmazlığnı, dövlətlərin ərazi bütövlüyünə hörməti aşılamaqdır. Bakıda qəbul olunan sənəddə Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi dəstək qazandı. Ümid edirəm ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edəcəyi 3 il ərzində bu dövlətlər Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək olacaq".
Şərhlər