Xəbər lenti

Deputat: “Bu, səhiyyənin inkişafına real təsir edəcək”
Ölkə 15:15 14.11.2018

Deputat: “Bu, səhiyyənin inkişafına real təsir edəcək”

"Səhiyyədə maliyyə siyasətinin düzgün qurulması, maliyyə resurslarının, xərclərinin düzgün istifadəsi əhalinin sağlamlığının qorunmasında kəmiyyət və keyfiyyətinin artırılmasında mühüm rol oynayır. Sosial sferanın əsasını təşkil edən səhiyyə sistemində maliyyə sisteminin effektli qurulması üçün bir çox dövlət qurumlarının sıx əməkdaşlığı çox vacibdir”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, dövlət qurumları arasında tibbi xidməti verən Səhiyyə Nazirliyi əsas rol oynayarkən, Dövlət Sosial Müdafiə Fondu, xidmətlərin alıcısı kimi İcbari Tibbi Sığorta Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Maliyyə, İqtisadiyyat nazirlikləri və vergi orqanlarının ortaq, birgə fəaliyyəti dövlət səhiyyə siyasətinin inkişafında mühüm rol oynayır.

"Müstəqillik dövründən sonra ilk dəfə olaraq, 2019-cu ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün ayrılan vəsaiti psixoloji baryer həddi olan 1 milyard manatı keçib. Beləliklə səhiyyə xərclərinin dövlət büdcəsində xüsusi çəkisi ilk dəfə olaraq dövlət büdcəsindən 4.2 faiz təşkil edib.

Bundan əlavə, icbari tibbi sığorta 2019-cu ildən tətbiqinə 224 milyon manat vəsait nəzərdə tutulub. 2018-ci illə müqayisədə bu vəsaitin çox ayrılması səhiyyənin inkişafına öz real təsirini edəcək”.

R.Mahmudov qeyd edib ki, dünya ölkələrində təhsil və səhiyyə xərclərinə baxdıqda dövlət büdcəsindən səhiyyəyə ayrılan xərcin təhsillə müqayisədə 20-25 faiz daha yüksək olduğunu görmək mümkündür.

"Bu çəkinin daha yüksək olmasının səbəbi əhaliyə göstərilən tibbi xidmətin əsas elementləri ilə əlaqədardır. Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, əhaliyə göstərilən tibbi xidmətin əsas meyarı tibbi heyət, tibbi müəssisələri, tibbi texnologiya, maliyyələşmə və texnologiyadır”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->