Xəbər lenti

Deputat:
Siyasət 10:54 13.07.2020

Deputat: "Ermənistan itkilərini uzun müddət gizlədə bilməyəcək"

"Ermənilər çox vaxt itkilərini gizlədir".

Bunu Qaynarinfo-ya açıqlamasında Millət vəkili Asim Mollazadə iyunun 12-də axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyətin yenidən gərginləşməsindən danışarkən deyib. 

Millət vəkili bildirib ki, Ermənistan tərəfi xalqın ordunu zəif görməsini istəmir:
 


"Ermənilər təxribatı çox güman ki, hansısa siyasi məqsədlərlə həyata keçiriblər. Onlar çox vaxt itkilərini gizlədirlər ki, ordunun zəif olduğunu xalq görməsin".

Asim Mollazadə qeyd edib ki, Ermənistan bu itkiləri uzun müddət gizli saxlaya bilməyəcək:

"Böyük itkilər varsa, bunu uzun müddətli gizlətmək mümkün olmayacaq. İctimaiyyətin itkilərlə bağlı məlumatı olacaq".

Qeyd edək ki, iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artilleriya atəşinə tutub. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirib. Ordumuz 4 şəhid verib. Qarşı tərəfin itkiləri çox olsa da, Ermənistan Müdafiə Nazirliyi faktları gizlədir.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->