Deputat:

Deputat: "Ordumuz dünyanın 50 güclü ordusundan biridir"

"Tovuz istiqamətində gedən döyüşü Qarabağ torpaqlarının azad edilməsinə transfer etməliyik. Vətən üçüb müharibəyə başlamalıyıq və ermənilərin üzərində tarixi qələbəmizi təmin etməliyik".

Bunu Sonxeber.az-a açıqlamsında millət vəkili Fəzail Ağamalı bir neçə gündür Tovuz istiqamətində Azərbaycan- Ermənistan silahlı qüvvələri arasında gedən döyüşləri şərh edərkən deyib:

"Ermənistan təcvüzkarlıq siyasətini davam etdirməkdədir. Niyyəti Tovuz istiqamətindən mövqelərimizi yararaq Gəncəyə qədər irəliləmək və əvvələr nəzərdə tutmuş olduqları planlarını yerinə yetirməkdir. Bildirim ki, onlar ciddi şəkildə yanılırlar. İndi Azərbaycan ordusu 90- cı illərin əvvələrindəki ordu deyil. Ordumuz dünyanın 50 güclü ordusundan biridir.

Kifayət qədər potensialı olan ordumuz var. Xalqımız, ordumuz və dövlət başçımızla birdir. Niyyətimiz birmənalı şəkildə mənəvi, psixoloji və fiziki cəhətdən işğal olunan torpaqlarımızın azad olunmasına səfərbər olmaqdır. Bu gün Ermənistanla iki cəbhədə müharibə gedir. Təmas xəttində, yəni sərhəd boyu ərazilərdə, digəri də informasiya cəbhəsində. Ermənilər Azərbaycan dilində saytlar açıblar və bizə qarşı dezinformasiya yaymaqdadırlar. Bu cür təxribatlara baxmayaraq Azərbaycan ordusu xalqımızla birdir.

Düşmən ağır və sarsıdıcı zərbələr almaqdadır. Azərbaycan xalqının yüksək mənəvi- psixoloji üstünlüyü, əsgər və zabitlərimizin yüksək peşəkarlığı, vətənpərvərliyi var. Bu keyfiyyətlərə söykənərək döyüşləri davam etdirib Tovuz istiqamətində gedən döyüşü Qarabağ torpaqlarının azad edilməsinə transfer etməliyik. Vətən üçün müharibəyə başlamalıyıq və ermənilərin üzərində tarixi qələbəmizi təmin etməliyik".
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR