Xəbər lenti

DİN-dən yol polisinin ləğv ediləcəyi barədə məlumatlara reaksiya
Ölkə 16:02 16.08.2019

DİN-dən yol polisinin ləğv ediləcəyi barədə məlumatlara reaksiya

Daxili İşlər Nazirliyi (DİN) kütləvi informasiya vasitələrində Dövlət yol polisi qurumunun ləğv ediləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında yayılan məlumatların reallıqdan uzaq olduğunu bildirib: "Polis haqqında”  Azərbaycan Respublikasının Qanununda polisin təyinatı və əsas vəzifələrindən biri kimi yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək, eyni zamanda, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək qeyd olunur ki, bu vəzifəni də DİN-in Dövlət Yol polisi qurumu yerinə yetirir. Ona görə də belə mühüm bir qurumun ləğv edilməsi kimi bir məsələ gündəlikdə olmayıb və hazırda da yoxdur. Əksinə, yol polisinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, fəaliyyətinin effektliyinin artırılması, maddi-texniki bazasının günün tələbləri səviyyəsinə qaldırılması üçün Nazirlik tərəfindən zəruri tədbirlər davamlı olaraq həyata keçirilir”. 

Qeyd edək ki, son gün günlər bəzi KİV-də DYP ləğv olunacağı barədə məlumatlar yayılıb.     

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->