Fransanı 2:0 hesabıyla məğlub edən Türkiyə millisi Konya hava limanından çarter reysi ilə İslandiyaya yollanıb.
Qaynarinfo xəbər verir ki, "ay-ulduzlular” Reykyavik hava limanında əsl şok yaşayıb. Futbolçular sərhəd-buraxılış məntəqəsində iki saat saxlanılıblar.
Bundan başqa milli komandanın yükləri və futbolçuları şəxsi əşyaları ciddi yoxlamaya məruz qalıb. Ən maraqlısı da odu ki, özünü müxbir kimi təqdim edən islandiyalılardan biri media nümayəndələrinin arasından Türkiyə yığmasının kapitanı Əmrə Belözoğluna müsahibə zamanı mikrofon əvəzinə tualet fırçası uzadıb.
Bütün bunlar isə Türkiyə tərəfinin narazılığına səbəb olub.
Məsələyə Türkiyə hökumətinin reaksiyası da gecikməyib. Xarici işlər naziri Mövlud Çavuşoğlu "tvitter” hesabından açıqlama yayıb. Həmin açıqlamada "Millimizin hava limanında qarşılaşdığı mənzərə nə diplomatik, nə də insani dəyərlər baxımından qəbuledilməz. Millətimizin şübhəsi olmasın, bunun hesabını soruşacağıq”.
Şərhlər