Xəbər lenti

Ekonomiks 13:24 04.04.2019

DİQQƏT! Bu ərazidə hərəkət məhdudlaşdırılır

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprelin 4-dən 5-ə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsinin bir hissəsində hərəkət qısa müddətlik məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Qaynarinfo-ya verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Ordubadi küçəsi ilə kəsişməsində yerləşən dairədən Xurşudbanu Natavan küçəsi ilə kəsişməyədək (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək və aprelin 5-i axşam saatlarınadək qüvvədə olacaq.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA üzr istəyir və sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?