Doktor Myasnikov: “Koronavirus dünyaya əbədilik gəlib...”

Doktor Myasnikov: “Koronavirus dünyaya əbədilik gəlib...”

71 saylı Moskva xəstəxanasının baş həkimi və teleaparıcı Aleksandr Myasnikov "Telegram” kanalında koronavirusla bağlı məlumatları ümumiləşdirib.

Qaynarinfo xəbər verir ki, Myasnikova görə, bəşəriyyət hələ də koronavirusun haradan gəldiyi və necə ötürüldüyü barədə dəqiq məlumata sahib deyil. Xüsusilə qan və sperma ilə yoluxub-yoluxmaması, asemptomatik daşıyıcılar və uşaqlar üçün təhlükəli olub-olmadığı aydın deyil.

Myasnikova görə, hələ də koronavirusa qarşı həqiqətən kömək edən bir dərman yoxdur, eyni zamanda "sabit immunitet yaratmaq mümkündürmü və peyvəndlərin bir təsiri varmı” sualına da aydın cavab yoxdur.

"Gördüyümüz kimi, karantin və məhdudiyyətlər heç nəyi dayandırmadı. Bu, ən kəskin dövrdə lazımlı tədbirdir, virusu dayandıra bilməsə də, ancaq pik həddi tənzimləyir və səhiyyə yükünü daha bərabər paylamağa kömək edir”, - Myasnikov yazır. Onun fikrincə, koronavirus gözlənilməzdir, o əbədilik gəlib və "bitib-tükənməz" insan "virusları sırasında öz yerini alacaq".
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR