Doktor Xəyal Səmədov LovelyDent stomatoloji klinikalar şəbəkəsinin qurucusu və bu sahədə böyük təcrübə toplamış stomatoloqdur. Ailə ənənəsini davam etdirərək diş həkimliyini peşə kimi seçmiş mütəxəssis nəinki Azərbaycanda, həmçinin dünyanın bir neçə mərkəz şəhərində də gözəl gülüşə sahib olmaq istəyən insanlara xidmət göstərməyi hədəfləyib.
- Sizi internet və sosial şəbəkələrdə olan görüntülərdə daim bir gülüş, pozitiv mimika müşayiət edir. Bunu öz peşənizə görə edirsiniz ya təbiətən şən və açıq olmağı sevirsiniz? Gülüşlə cəmiyyətə hansı mesajı yollayırsınız?
- Həmişə gülüş deyəndə məşhur bir filmin qəhrəmanı baron Münhauzenin "Ciddi sifət ağlın göstəricisi deyil. Yer üzündəki bütün axmaqlıqlar məhz ciddi üz ifadəsi ilə törədilir” sözləri yadıma düşür.
Gülüş əsnəmə kimi yoluxucudur. Bu insanın təbiətindən gələn bir şeydir. İnsanlar süni gülüşlə, daxildən gələn gülüşün fərqini gözəl bilirlər. Gülüş yalnız pozitivliyinnəticəsi deyil, həqiqətən insanın əhvalını yüksəldən bir aktdır. Məhz bu xüsusiyyətinə görə gülüşdən dünyanın böyük klinikalarında müalicə üsulu kimi istifadə olunur. Gülüş insanın yaradıcılıq qabiliyyətini və problemləri həlletmə bacarığını artırır. Beynin sağ və sol yarımkürələri arasında əlaqə yaradaraq limbik sistemi aktivləşdirir.
Gülməyi bacarmaq tək insanın xarakteri və həyat tərzindən asılı deyil. Burada cəmiyyətin rolu çox böyükdür, insanlar köhnəlmiş, zamanla ayaqlaşmayanmental dəyərlərdən kənara çıxa bilmir, hətta onların həyatını zəhərləsə belə. Cəmiyyətdə gülüşə münasibət birmənalı olmadığından, deyək, küçədə gülən az insanı görə bilərik. Əgər gülüş min bir dərdin dərmanıdırsa, içimizdəndə gəlirsə, niyə bunu insanlardan əsirgəyək? Üzünüzdən heç zaman təbəssümü əksik etməyin.
- İnsan orqanizminin çox böyük potensialı var. Ürək, qaraciyər, böyrək kimi orqanlar on illərlə dayanmadan fəaliyyətdə olurlar. Amma nədənsə diş haqqında bunu demək olmaz. Hətta çox gənc insanlarda biz dişlərin dağılmasını müşahidə edirik. 40-50 yaşından sonra stomatoloqa müraciət etməyən insan, yəqin tapılmaz. Səbəbi nədir? Niyə heç yetkinlik yaşına çatmayan Azərbaycan insanının öz dişləri heç əməlli-başlı formalaşmamış dağılır?
- Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, yer üzərində 5 milyarda yaxın insan kariyesdən əziyyət çəkir. Dişlərində problem yaranan insanların 84 faizi uşaqlıqda ana südü ilə deyil, süni vasitələrlə qidalananlardır. Bu problemlər Azərbaycandan da yan keçmir. Əhalinin 90-95 faizində kariyes var. Burada əsas səbəb süni qidalar, flüorun miqdarının çox və ya az olması, dişlərə olunmayan qulluq, orqanizmin ümumi vəziyyəti və irsi xəstəliklərdir. Əlbəttə içdiyimiz suyun tərkibi də dişlərin sağlam qalıbqalmamasına birbaşa təsir edir. Azərbaycanda təmiz su içmək ənənəsi tam formalaşmayıb. İnsanlar çay, qəhvə, kompot, tərkibində şəkərin faizi yüksək olan qazlı içkilərə üstünlük verirlər. Qida rasionu dəniz məhsulları, vitaminlərlə bol olmalıdır.
Hazırda stomatoloji dairələrdə kariyesin bakterial mənşəli olması barədə fikirlər yer almaqdadır. Bəzi tədqiqatlar kariyesin streptokok və laktobakteriya növləri ilə əlaqəli olduğuna dəlalət edir. Həm də süni qidalar təkcə dişlərə deyil, insanın immunitetinə mənfi təsir göstərir. Bir çox xəstəliklər "cavanlaşır”, məsələn, şəkərli diabet kimi.
- Orta və yuxarı yaşlı insanlarda hələ sovet dövründən beyinlərdə yaşayan bir qorxu var. Diş kabinetini görəndə qaçırlar. Halbuki müasir texnologiya tam ağrısız müalicə etməyə imkan verir. Bu qorxunu nə ilə izah edərdiniz? Vəziyyəti necə dəyişmək olar?
- Diş həkimi qorxusu uşaq yaşında,süd dişlərinin tamamlandığı və diş həkiminə uşağın getmə zamanı, yəni 3 yaşında başlayır. Bu dövrdə ailənin uşağa verəcəyi məlumat çox əhəmiyyətlidir. Ata, ana ağız-diş sağlamlığı, diş həkimi, xidmətlər mövzusunda məlumatlı olmalı və bunu uşağa vaxtaşırı izah etməlidirlər.
Araşdırmalara görə, qorxunu meydana gətirən faktlar arasında ilk sırada 19 faiz ilə ağrı faktoru, 15 faizilə istifadə edilən alətin səsi,13 faiz ilə qoxu yer tutur.Səhv təcrübə, istifadə olunan cihazlar, ürək bulanma refleksi, diş həkiminin davranışı,inyeksiya, dərman qoxusu vəsair faktorlar insanda çox ciddi fobiya yaradır. Məcbur qalmadıqca diş həkiminə müraciət etməməyin sonu ciddi fəsadlara gətirib çıxarır. Halbuki təkcə dişlərin deyil, orqanizmin sağlamlığı üçün mütəmadi olaraq stomatoloqa getmək vərdişini özümüzdə yaratmalıyıq. Müasir stomatologiyada xəstəyə fərdi yanaşma, müasir avadanlıq, yeni müalicə üsulları ilə bu qorxuları minimuma endirmək olur.
- Sizə müraciət edənləri necə qruplaşdırardınız? Daha çox qadınlar estetik gözəlliyə üstünlük verir ya kişilər? Gözəl diş quruluşu kimi maraqlandırır və niyə?
- Modern diş həkiminin irəliləməsi pasientlərin bir çox gözləntiləriniqarşılamaqdadır. Estetika daha çox gənc görünməyə sahib olmaqla yanaşı, sağlam və parlaq dişlərə qovuşmağa kömək edir. Burada həkimin xəstəyə yanaşması çox böyük önəm daşıyır. Qadınlar gözəl görünməkdə daha israrlıdırlar deyə, diş həkiminə daha çox müraciət edirlər. Bunu öz təcrübəmdə müşahidə edirəm. Amma son dövrdə xeyli dəyişiklik də müşahidə olunur. Diş həkiminəhəm də kişilər müraciət edib estetik gülüş qazanırlar.
Mənbə: fins.az
Şərhlər