Ukrayna saytlarında xalq artisti, “Eurovision” müsabiqəsinin qalibi Ruslana Lıjiçkonun müxalifətin əlində olan Həmkarlar Evinin döşəməsində yatarkən çəkilən fotoları yayılıb.
APA-nın xəbərinə görə, bütün gecə Kiyevin Müstəqillik Meydanında aksiya iştirakçıları ilə birlikdə növbə çəkən Ruslana gündüz dincəlmək üçün meydanın yaxınlığında yerləşən və müxalifətin qərargah kimi istifadə etdiyi Həmkarlar Evinin binasına gedib.
Xatırladaq ki, Ukrayna hüquq-mühafizə orqanları iki dəfə gecəyarı Müstəqillik Meydanındakı müddətsiz aksiyanı dağıtmağa cəhd ediblər. Bu səbəblə gecələr fəallar meydanda keşik çəkir. Sənətçi Ruslana da ilk gündən onların arasındadır.
Qaynar.info
Şərhlər