İdman 17:56 20.07.2019

"Dundalk"ın "Qarabağ"la oyunlar üçün heyəti

"Dundalk" Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Qaynarinfo xəbər verir ki, İrlandiya klubu 22 futbolçu sifariş edib:

Qapıçılar: 1. Qari Rocers, 20. Aron Makkari, 30. Ross Treysi
Müdafiəçilər: 2. Sin Qannon, 3. Brayn Qertlend, 4. Sin Hoare, 14. Kayl Din Messey, 17. Kameron Dummiqan, 21. Daniel Klieri, 29. Daylen Hənd, 33. Din Yarvis, 44. Endi Boyl
Yarımmüdafiəçilər: 5. Kris Şilds, 8. Con Mauntni, 11. Patrik Makkelni, 16. Sin Mürrey, 18. Robbi Benson, 27. Deniel Kelli;
Hücumçular: 7. Maykl Daffi, 9 Patrik Hoban, 10. Ceymi Makqret, 12. Corc Kelli

Qeyd edək ki, "Dundalk" - "Qarabağ" görüşü iyulun 24-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək.