Ekonomiks 10:52 06.04.2019

Dünya Bankının yeni sədri müəyyənləşdi

ABŞ Xəzinə Nazirliyinin beynəlxalq əlaqələr üzrə müşaviri Deyvid Malpass Dünya Bankının yeni sədri seçilib.

Qaynarinfo xəbər verir ki, ABŞ prezidenti Donald Tramp tərəfindən namizədliyi irəli sürülən Malpass 9 apreldə vəzifəsinin icrasına başlayacaq. Deyvid Malpass 5 il ərzində Dünya Bankına rəhbərlik edəcək.

Qeyd edək ki, Dünya Bankının sabiq sədri Cim Yonq Kim yanvar ayında gözlənilmədən istefa vermişdi.

Gülşən