XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Dünya sənin, dünya mənim": Xalq artisti solo konsert verəcək
Sənət12:12 02.09.2026

"Dünya sənin, dünya mənim": Xalq artisti solo konsert verəcək

Xalq artisti Niyaməddin Musayev solo konsert proqramı ilə çıxış edəcək.

Müğənni Qaynarinfo-ya açıqlamasında bütün pərəstişkarlarını “Dünya sənin, dünya mənim” adlı konsertə dəvət edib.

O bildirib ki, konsertin keçirilməsi ilə bağlı tamaşaçıların istəyini nəzərə alıb:

“Məndən xahiş etdilər ki, konsert verim. Dedilər ki, sizi xalq sevir, səhnədə görmək istəyir. Mən də razılaşdım. Heydər Əliyev Sarayında konsertim olmayıb. Əgər bu konsertdə tamaşaçı istəyini, mənə olan tələbi hiss etsəm, sarayda da konsert keçirəcəyəm. Əsas odur ki, xalq istəsin”.

Qeyd edək ki, konsert oktyabrın 10-da Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində keçiriləcək.

Bahar Rüstəmli