Venesuelalı rəssam Karlos Kruz-Diez vəfat edib.
Qaynarinfo xəbər verir ki, kinetik rəsm sənətinin qabaqcıllarından olan rəssam Parisdə 95 yaşında təbii səbəblərdən həyatını itirib. Karlos Kruz-Diez 1957-ci ildə Karakasda Vizual Sənətlər Mərkəzinin əsasını qoyub.
K.K.Diez 1960-cı ildə Parisə köçüb və 2008-ci ildə Fransa vətəndaşı olub. O, 2012-ci ildə "Fəxri Legion Ordeni" ilə təltif edilib.
Rəssamın əsərləri Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində, Londonda Teyt Qalereyasında, Parisdə Pompidu Mərkəzində nümayiş etdirilir.
Gülşən
Şərhlər