Dünya ulduzları PSJ-nin transfer siyahısında

Dünya ulduzları PSJ-nin transfer siyahısında

PSJ-nin idman direktoru Leonardo müqavilələri yayda bitən bir sıra futbolçuları öz komandasına qatmaq istəyir.

Qaynarinfo ESPN nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisinin hədəfləri arasında Lionel Messi ("Barselona”), Memfis Depay ("Lion”), Corcinyo Veynaldum ("Liverpul”), David Alaba ("Bavariya”) və Əlsəid Xiyas ("Napoli”) var.

PSJ həmçinin "Everton”a məxsus olan hücumçu Moize Kinin karyerasını fransız klubunda davam etdirməsini istəyir. Leonardo ingilislərdən oyunçunun satınalma şərtini ilə icarə müddətini uzatmağı xahiş edə bilər.

Eyni zamanda PSJ-nin prioriteti komandanın əsas oyunçularını qorumaq və onlarla müqavilələrin uzadılmasıdı. Bu cür oyunçuların siyahısına hücumçular Neymar və Kilian Mbappe, yarımmüdafiəçi Anxel Di Maria, müdafiəçi Xuan Bernat daxildi. Yarımmüdafiəçi Yulian Draxler ilə də müqaviləni uzatma ehtimalı var.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR