Sənət 18:18 17.11.2014

Dünyanın ən bahalı beş kitabı – SİYAHI


1.Leonarda Da Vinçi – “Lester Əlyazmaları”

Deməli, dünyanın ən baha qiymətə satılan bu əsəri böyük filosof və rəssam Leonardo Da Vinçi tərəfindən 1500-ci ildə yazılıb. 1994-cü ildə auksionda fantastik məbləğə 30,8 milyon dollara satılıb. Özü də bu pulu kim ödəsə yaxşıdır? – Dünyanın ən zəngin adamı, məşhur Bill Qeyts. Bill Qeyts kitabı sırf oxumaq üçün yox elə marketinq məqsədilə əldə edir. “Micrasoft”un ekran qoruyucuları kimi o kitabdakı şəkillərdən istifadə edir. Bir müddət bundan əvvələ qədər kompüterlərin  ekranlarında məhz 1500-ci ildə çəkilən şəkillərə rast gəlmək olardı. Bundan əlavə milyarder kitabı dünyanın bir çox şəhərlərinə sərgilərdə nümayiş olunması üçün yollayıb.   

2. Müqəddəs Kusbertin İncili


Adından da göründüyü kimi xristianlığın təməl qayələrini özündə əks etdirən kitab VII əsrdə  yazılıb. O zaman təbii ki, kitab çap edən dəzgahlar olmadığı üçün uzun müddət əlyazma şəklində saxlanılıb. VII əsrdə yazılan əlyazma bu gün Britaniyanın kral muzeyində saxlanılır. Latın dilində yazılan kitab dünyanın müxtəlif dillərinə tərcümə edilərək satışa buraxılıb. Amma onun orijinalını 2012-ci ildə kral muzeyi üçün nə az nə çox düz, 14 milyon dollara alırlar.

3. Müqəddəs Venediktin sifarişi. “Henri Lionun İncili” 
 

Yenə xristian dininin özəklərinin əks olunduğu bir kitab. Bill Qeyts 1994-cü ildə  Leonardo Da Vinçinin əsərinə 30 milyon verənə qədər bu kitab dünyada ən bahalı kitab hesab olunurdu. Çünki onu hələ 1984-cü ildə 11,7 milyon dollara almışdılar.  266 səhifədən ibarət olan kitab əsasən illustrasiyalardan ibarətdir. Kitabın ilk 50 səhifəsi isə başdan –başa illustrasiya olub.    

4.Con Ceyms Audoban “Amerika quşları”  

Silsilə şəklində davam edən bu kitabı televiziya kanallarındakı heyvanlar aləmi proqramının kitab versiyası adlandırmaq olar. Burada elmi faktlar da var, macəra da. Bədiilik də var real faktlar da. Hamısı bir –birilə çox yaxşı əlaqələndirilir.  Kitab həmçinin Amerika ornitologiyasının əsasını qoydu. Müəllif Amerikada yaşayan bütün quşların rəsmlərini şəxsən öüzünün çəkməsini qarşısına məqsəd qoymuşdu. Bu təbii ki,  mümkübn deyildi . Amma çoxsaylı səyahətlərin və gərgin əməyin nəticəsi olan kitab 2010-cu ildə 11, 5 milyona satılır.      

5. Cefri Coser  “Etajer hekayələri”   
 

Müasir ingilis ədəbiyyatı və ingilis dilinin banisi olan Cefri Coserin Etajer hekayələri də ən bahalı kitablar siyahısındadır. Onu Müasir ingilis dilinin banisi adlandırırlar. Britaniya yazılı ədəbiyyatının ilkin nümunələrini yaradan Cefri Coserin bu hekayələr kitabı 7 milyon yarıma satılıb. // modern.az