Dünyanın ən bahalı şəhərlərinin siyahısı açıqlanıb.
"The Economist” jurnalının hazırladığı siyahıya görə, Honkonq metropolu, Paris və Sürix dünyanın ən bahalı şəhərləridir.
"2020-ci il üçün dünyanın yaşayış xərcləri hesabatı” adlı siyahıda Sürix şəhəri ötən illərdəki mövqeyini xeyli yaxşılaşdırıb. Bu, ilk növbədə, İsveçrə frankının koronavirus böhranı səbəbindən ABŞ dolları qarşısında dəyərinin artırması ilə izah olunur. Koronavirus böhranının dolların məzənnəsinə göstərdiyi təsir müxtəlif şəhərlərdə yaşayış xərclərinin artmasına səbəb olan əsas amil kimi xarakterizə edilir. Paris və Sürixin də siyahıda irəliləməsi məhz avro və frankın dollara nisbətdə güclənməsinin nəticəsidir.
Siyahıda sonrakı yerlərdə Sinqapur, Osaka, Təl-Əviv şəhərləri tutur. İlk 10-luqda son yerlərdə Nyu-York, Cenevrə, Los-Anceles və Kopenhagen qərarlaşıb.//Qafqazinfo.az
Şərhlər