Dünyada ən çox velosipeddən istifadə edən şəhərlərdən biri Amsterdamdır.
Qaynar.info-nun məlumatına görə, hətta şəhər ötən ay aparılan araşdırma nəticəsində dünyanın ən yaxşı velosiped şəhəri seçilmişdi.
Bu şəhərin əhalisi gündəlik ehtiyaclarının əksəriyyətini velosipedlə ödəyir. Şəhərdə olduqca çox velosipedin olması hökuməti bəzi tədbirlərə əl atmağa vadar edib. Buna görə də şəhərdə velosiped yolları, velosiped parkları, velosipedlər üçün qarajlar var.
Maraqlıdır ki velosiped istifadəsi çox olduğuna görə, tıxaclar, hətta velosiped qəzaları da baş verir.
Hətta burada velosiped qəbiristanlığı da var. Ölkə xaricindən hər il gələn 4.2 milyon turist də velosiped kirayələyə bilər.
Qaynar.info
Şərhlər