Yer planetində 60 dərəcə şaxtanın müşahidə olunduğu yerlər qədər, tempraturun +50 dərəcəni keçdiyi bölgələr də var. Hətta bəzi yerlərdə +70 dərəcə istilik də qeydə alınır.
Qaynarinfo dünyanın ən isti yerlərini təqdim edir.
Timbuktu, Mali
Afrikanın ən önəmli antik bölgələrindən biri hesab olunan Timbuktu şəhərində orta aylıq tempratur 34 dərəcə hesab olunur. Şəhərin istilik rekordu 52,4 dərəcədir.
Qadames, Liviya
UNESCO-nun Dünya İrsi siyahısında yer alan Qadames şəhərciyində orta illik tempratur 35,1, yayda 41,7 dərəcədirö Bölgədə rekord 52,7 dərəcə qeydə alınıb.
Xəlifə vadisi, Sudan
Sudandakı Xəlifə vadisi də dünyanın ən isti bölgələrindən biridir. Orta illik tempraturun 38,2 dərəcə olduğu bölgədə yayda istilik 42,4 dərəcəyə çatır. Vadidə rekord Burda tempratur 53,2 dərəcədir.
Ölü dəniz, İsrail
İsrailin ən turistik bölgələrindən olan Ölü dəniz regionu dünyanın ən isti yerlərindən biri hesab olunur. Tirat-Tsvi adlanan yerdə orta illik tempratur göstəricisi 24,2, yayda 34,7 dərəcə təşkil edir. Bölgədə rekord 1942-ci ildə 53,9 dərəcə qeydə alınıb.
Dallol, Efiopiya
Hidrotermal bir ərazi olan bölgədə tempratur 40 dərəcədən aşağı enmir. Bölgədə orta aylıq göstərici 34 dərəcə, yay aylarında 42,4 dərəcə, rekord isə 54,2 dərəcə təşkil edir.
Kebili, Tunus
Kebili dünyanın ən isti yerlərindən biridir. Burda ən yüksək tempratur 55 dərəcə hesab olunur.
Ölüm vadisi, ABŞ
ABŞ-ın Kaliforniya ştatındakı Ölüm vadisi (Death Valley) dünyanın ən isti yerlərindən biridir. Burda orta hava tempraturu +47 dərəcədir. Şimali Amerikanın ən isti yeri olan Ölüm dərəsində 10 iyul 1913-cü ildə 56,6 dərəcə istilik qeydə alınıb.
Əl-Əziziyə, Liviya
Liviyanın ucsuz-bucaqsız səhrasında yerləşən Əl-Əziziyədə orta tempratur 48 dərəcəyə çatır. 13 sentyabr 1922-ci ildə bölgədə 57,8 dərəcə istilik qeydə alınıb.
Kvinslend, Avstraliya
Avstraliyanın Kvinslend ştatının torpaqları - havanın orta illik göstəricisi 44,4 dərəcə, qış aylarında 53 dərəcədir. Rekord göstərici isə 62,3 dərəcə təşkil edir.
Lut, İran
İranın Lut səhrasında ən yüksək tempratur 2005-ci ildə qeydə alınıb - 70,5 dərəcə. Səhrada havanın orta illik göstərəcisi 49,6, yayda isə 58,3 dərəcədir.
Aydın
Şərhlər