Aleksandra Benites Romero Venesuallanın İdman naziri təyin olunub
Venesuallanın tanınmış qılıncoynadanı Aleksandra Benites Romero dünyanın ən seksual naziri hesab olunur. Az öncə onu Venesuallanın yeni prezidenti Nikolas Maduro ölkənin idman naziri postuna təyin edib.
32 yaşlı idmançı Cənubi Amerikada bir sıra yarışların qalibi olub. İdmançı 3 dəfə Olimpiada (2004, 2008, 2012 -ci illərdə) iştirakçısı olub. 1999-cu ildən Uqo Çavesin siyasi xəttini davam etdirib.
Uqo Çavesin seçkiqabağı reklam çarxına çəkilən idmançı açıq-saçıq şəkilləri ilə həmişə gündəmdə olub. Qaynar.info
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər