"Numbeo" məlumat servisi 2019-cu ilin ən təhlükəsiz ölkə və şəhərlərinin reytinq siyahısını dərc edib.
Qaynarinfo xəbər verir ki, həmin siyahıda 123 ölkə və 328 şəhər analiz edilib. Qətər dünyanın ən təhlükəsiz ölkəsi seçilib (cinayətkarlıq indeksi 12, təhlükəsizlik indeksi 88). Birləşmiş Ərəb Əmirlikləri (cinayətkarlıq indeksi 15,52, təhlükəsizlik indeksi 84,48) və Yaponiya (cinayətkarlıq indeksi 15,91, təhlükəsizlik indeksi 84,09) ilk üçlükdə yer alıb.
Azərbaycan reytinqdə 32,68 cinayətkarlıq indeksi, 67,32 təhlükəsizlik indeksi ilə 34-cü yerdə qərarlaşıb.
Dünyanın ən təhlükəli ölkələri Əfqanıstan, Papua Yeni Qvineya və Cənubi Afrika seçilib.
Dünyanın ən təhlükəsiz şəhərləri Əbu-Dabi (BƏƏ), Doha (Qətər), Kvebek (Kanada), ən təhlükəli şəhərlər isə Karakas (Venesuela), Pitermaritsburq (Cənubi Afrika) və Port Morsbi (Papua Yeni Qvineya) hesab olunur.
Bakı ən təhlükəsiz şəhərlər sırasında 86-cı yerdə qərarlaşıb.
Gülşən
Şərhlər