Ekonomiks 16:24 16.02.2022

Dövlət büdcəsində 2 milyard manata yaxın qalıq yarandı

Bu il yanvar ayında Azərbaycan dövlət büdcəsinin gəlirləri 2 746,9 milyon manat, xərcləri isə 983,4 milyon manat təşkil edib.

Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar ötən ilin eyni dövrü müqayisədə müvafiq olaraq 18,4% çox və 20,2% azdır.

Son nəticədə büdcədə 1 763,5 milyon manat qalıq yaranıb.