Ukrayna prezidenti Volodimir Zelenski ilə Kastel Qandolfoda görüşdükdən dörd gün sonra Papa XIV Lev Ukraynaya səfər etməyə hazır olduğunu təsdiqləyib, lakin çətinliklər təhlükəsizlik məsələləri ilə bağlıdır.
Qaynarinfo ANSA-ya istinadən xəbər verir ki, Vatikan artıq təxminən dörd illik müharibədən viran qalan ölkəyə səfər etməsinə imkan verəcək təşkilati plan hazırlayıb.
"Ümid edirəm ki, Ukraynaya səfər olacaq, amma belə şeylərdə realist olmaq lazımdır", deyə o, görüşdən sonra jurnalistlərə bildirib və bir daha ədalətli və davamlı sülhə nail olmaq üçün bütün səylərini göstərmək istəyini ifadə edib.
O, italyan diplomatlarını da eyni səyləri göstərməyə çağırıb: "Əsl sülhü qorumaq və təşviq etmək üçün siz dialoq adamları olmalı, İtaliya və Avropa mədəniyyətinin əsasını təşkil edən xristian humanizm kodeksinə uyğun olaraq zamanın əlamətlərini oxumaqda müdrik olmalısınız".
Aydın
Şərhlər