Xəbər lenti

Dövlət Departamentinin rəsmisi müxalifətlə görüşəcək
Siyasət 15:18 17.04.2013

Dövlət Departamentinin rəsmisi müxalifətlə görüşəcək

ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə köməkçisinin müavini Tomas Melia Azərbaycana səfəri çərçivəsində müxalifət partiyalarının nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, Tomas Melianın səfərində məqsəd demokratiya və insan haqları sahəsində vəziyyətin müzakirəsidir.

Sonuncu dəfə T.Melia Azərbaycana 2012-ci ilin dekabrında gəlib. Səfər zamanı o, prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Dekabrın 11-də Bakıda keçirilən mətbuat konfransında Amerika administrasiyasının yüksək vəzifəli məmuru bildirib ki, “2013-cü ildə prezident seçkiləri keçiriləcək və biz hazırda demokratiya sahəsində öhdəliklərin necə yerinə yetirilməsini müşahidə edirik”. 

O, Azərbaycanda söz, toplaşmaq, insan hüquqları və demokratiya sahəsində vəziyyətlə bağlı ABŞ hökumətinin narahatlığını bildirib./musavat.com/

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->