Türkiyə Qənaət Haqqı və Sığorta Fondu (TMSF) məşhur Show TV kanalını müsadirə edib.
Qaynar.info-nun məlumatına görə, TMSF verdiyi açıqlamasında kanalın sahibi olan Çukurova Qrupunun külli miqdarda vergi borcu olduğunu və bunu hələ də ödəmədiyini bildirib.
Açıqlamada Qrupun təxminən 75 milyon dollar borcu olduğunu və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Show TV kanalının müsadirə olunduğu qeyd olunub: "Çukurova Qrupu ödəməli olduğu 75 milyon dollarlıq borcunu vaxtında ödəməmiş və 2012-ci ilin noyabrından etibarən bu günə qədər Fond tərəfindən onlara verilən zaman ərzində də borclarını ödəməyiblər. Bu vəziyyətdə gələcəkdə qarşısı alına bilməyəcək ictimai fəlakətin baş verməməsi üçün həmin borclu qrup barəsində lazımi hökmlərin tətbiq olunmasına və şirkətin Fonda verilməsi məcburiyyəti yaranmışdır".
Qaynar.info
Şərhlər