Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub.
Qaynarinfo "Nobelprize.org”a istinadən xəbər verir ki, Laszlo Krasznahorkai sözügedən sahə üzrə 2025-ci ilin laureatı elan edilib.
Bu mükafat ona apokaliptik qorxu fonunda incəsənətin gücünü təsdiqləyən, təsirli və vizioner yaradıcılığına görə verilib.
Müasir macar yazıçısı və ssenaristi, dünya ədəbiyyatında postmodern üslubun ən mühüm nümayəndələrindən biri Laszlo Krasznahorkai 1954-cü ildə Macarıstanda dünyaya gəlib. Əvvəl hüquq ixtisası üzrə oxuyub, daha sonra Budapeştedə macar dili və ədəbiyyatı üzrə təhsil alıb. 2015-ci ildə "Buker" mükafatına layiq görülüb, dəfələlərlə Nobel mükafatına namizəd göstərilib.
Qeyd edək ki, ötən il ədəbiyyat üzrə Nobel mükafatına 54 yaşlı cənubi koreyalı yazıçı Han Kang layiq görülüb. Ədəbiyyat üzrə ilk "Nobel” mükafatı 1901-ci ildə Sülli Prüdoma təqdim edilib.
Şərhlər