Xəbər lenti

Sabir Abdullayev:
Sənət 13:20 08.10.2025

Sabir Abdullayev: "Məni yaddaşlardan silmək istəyirlər"

"Mənim üçün iş məsələsi birdəfəlik bağlanıb. Heç kəs mənə iş vermək istəmir. Birdən-birə adamları səhnədən ayırıb unudulmağa məhkum edirlər".

Bunu Qaynarinfo-ya açıqlamasında xanəndə Sabir Abdullayev deyib. 

O, Qarabağ Universitetinə dəvət olunmamasını köçkün olmaması ilə əlaqələndirib:

"Mən 1970-ci ildən Bakıdayam, köçkün sayılmıram. Evim, ailəm, nəvələrim hamısı Bakıdadır. Mənə Qarabağ Universitetində dərs deməklə bağlı təklif edilməyib. Təqaüdçüyəm. İndi bir işim var: həyətdə o tərəfə, bu tərəfə getmək. İşim gəzməkdir. Tələbələrim də yoxdur, tamami ilə yaddan çıxmışam. Məcburən məni unutdururlar".

Xanəndənin sözlərinə görə, ona hər hansı universitet və musiqi məktəbində dərs deməyə qanun icazə vermir:

"Qanun elə mənim üçün idi. Ömrüboyu qanuna xidmət elədim, axırda qanun mənə qarşı çıxdı. Məsləhət bilsələr işləyərəm, canım suludur, yaddaşımı itirməmişəm, iş potensialım çox güclüdür. Belə bir adamdan istifadə etmək istəmədilər".

Sabir Abdullayev tələbələrindən bəzilərinin onunla əlaqə saxladığını vurğulayıb: 

"Elə tələbəm var, əlaqə saxlayır, eləsi də var heç zəng də etmir. Hərəsinin öz işi-gücü var, incimirəm də".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->