Xəbər lenti

Şairin sürgün qərarı 2000 il sonra ləğv edildi
Dünya 15:53 17.12.2017

Şairin sürgün qərarı 2000 il sonra ləğv edildi

Roma İmperiyasının "Qızıl dövrü" şairlərindən olan Edip barədə verilmiş sürgün qərarı 2000 il sonra Roma bələdiyyəsi tərəfindən ləğv edilib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Edip imperator Avqust tərəfindən eramızın 8-ci ilində hələ də bilinməyən səbəbə görə hazırda Rumıniya ərazisinə daxil olan Konstantaya sürgün etdirmiş, o, bu tarixindən sonrakı 9 il ərzində, yəni ölümünə qədər Romaya qayıda bilməmişdi.

Sürgünə yollanma səbəbi qeyri-müəyyən hesab edilsə də, Edipin Avqustun qızı ilə münasibətinin sürgünə səbəb olduğu deyilir. Digər iddiada isə Edipin Avqustun sevgi macərasından xəbərdar olduğu üçün bu qərarı verdiyi deyilir. İmperatorun şairin şeirlərini bəyənməməsi də səbəblər arasında göstərilir.

Roma bələdiyyəsi yanlış qərarı düzəltmək məqsədilə Edip barədə hökmü ləğv edib. Bələdiyyə Məclisində bunun üçün səsvermə keçirilib. Bələdiyyə sədrinin köməkçisi Luka Berqamo "Aldığımız qərar simvolikdir. İncəsənətdə ifadə azadlığının günbəgün məhdudlaşdırıldığı cəmiyyətdə sənət adamlarının özlərini müstəqil ifadə edə bilmək hüququnu müdafiə edir" deyib.

Qeyd edək ki, 2008-ci ildə Florensiyada "İtalyan dilinin atası" hesab edilən Dante Aliqieri barədə sürgün qərarı 700 il sonra ləğv edilmişdi.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->