Əfsanəvi məşqçi Messinin “Barsa”dan kənarda yaşadığı çətinlikləri qabaqcadan görüb

Əfsanəvi məşqçi Messinin “Barsa”dan kənarda yaşadığı çətinlikləri qabaqcadan görüb

Aleks Fergüson Messinin "Barsa”dan kənarda yaşadığı çətinlikləri qabaqcadan görüb.

Qaynarinfo xəbər verir ki, hələ 2015-ci ildə "Mançester Yunayted”in əfsanəvi məşqçisi Ser Aleks Ferqüson indiki komandalarından kənarda kimin daha yaxşı oynayacağını deyib.

Əfsanəvi məşqçi Lionel Messi və Kriştiano Ronaldo barədə bunları etiraf edib: 

"Ronaldo hər yerdə oynaya bilər, Messi haqqında əmin deyiləm. İnsanlar dünyanın ən yaxşı oyunçusunun kim olduğunu müzakirə edirlər. Bir çoxları bunun Messi olduğuna inanırlar və haqlıdırlar. Bu fikirlə mübahisə etmək çətindir. Ancaq Ronaldo "Millwall”, "Queens Park Rangers”, "Doncaster Rovers”də oynaya bilər, hətta het-trik də edə bilər. Messi haqqında əmin deyiləm. Ronaldonun iki ayağı da işləyir, çox sürətli, havada möhtəşəm, cəsurdur - Messi də, əlbəttə, cəsurdur. Düşünürəm ki, Messi yalnız "Barselona”nın oyunçusudur”.

Fergüson bu fikirləri Ronaldo "Madrid”də, Messi isə "Barselona”da oynayanda səsləndirib. Onun fikirləri PSJ-də ilk üç oyunda Messinin zəif nəticə göstərməsindən sonra yenidən gündəmə gəlib.

Ronaldo isə "Mançester Yunayted”də işə başlayıb və artıq 4 qol vurub.

Xəyal Abdullayev
XƏBƏRLƏR
BLOGLAR
X