İran prezidenti Mahmud Əhmədinejat dünən İslam Əməkdaşlığı Təşkilatının görüşündə iştirak etmək üçün Qahirəyə gedib.
ANN.Az-ın verdiyi xəbərə görə, Əhmədinejat 1979-cu ildən bəri Misiriə səfər edən ilk İran lideri olub.
Müxtəlif mənbələrin verdiyi xəbərə görə, Əhmədinejat dünən Qahirədəki bir məsciddən çıxarkən bir nəfərin ayaqqabı hücumuna məruz qalıb. Türkiyənin “Anadolu” agentliyinin yaydığı aşağıdakı videoda gənc bir şəxsin ayaqqabı ilə Əhmədinejatı vurmağa çalışdığı göstərilir. Ancaq ayaqqabı prezidentin mühafizəçilərindən birinə dəyir.
Əhmədinejatı vurmaq istəyən şəxsin Suriya “ləhcəsi” ilə danışdığı, buna görə də suriyalı ola biləcəyi güman edilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər