İdman 19:38 08.05.2022

Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə etdi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdəki "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.

Qaynarinfo-nun məlumatına görə, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın dördüncü turunda ağ fiqurlarla Boqdan Danyel-Dayakla (Rumıniya) üz-üzə gəlib. Tərəflər 40-cı gedişdə sülhə razılaşıblar.

Məmmədyarov ilk turda Uesli Soya (ABŞ) uduzub, ikinci və üçüncü qarşılaşmasında isə müvafiq olaraq, Riçard Rapport (Macarıstan) və Maksim Vaşye-Laqravla (Fransa) heç-heçə edib.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.