Xəbər lenti

Şəkidə 5 nəfərlik ailənin faciəsi - Yalnız ana qaldı...
Ölkə 10:11 19.08.2023

Şəkidə 5 nəfərlik ailənin faciəsi - Yalnız ana qaldı...

Xəbər verdiyimiz kimi, ötən gün Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada həlak olan 4 nəfərin eyni ailənin üzvləri olduğu məlum olub.

Belə ki, dəhşətli qəzada ailə başçısı 34 yaşlı Nicat Mirzəyev, övladları-11 yaşlı Nuray, 10 yaşlı Aysun və 2 yaşlı Uğur hadisə yerində ölüblər.

Uşaqların anası 31 yaşlı Nürəddin Mirzəyeva isə ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, qəza dünən 19 radələrində Köbər Zəyzid kəndi ərazisində qeydə alınıb. "Mercedes” markalı avtomobilin sürücüsü N.Mirzəyev idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->