Bu ayın birinci yarısında Azərbaycanda hava şəraiti mülayim keçəcək. Ancaq 13-14 oktyabrdan başlayaraq, respublika ərazisində güclü yağışlar yağacaq.
Qaynarinfo xəbər verir ki, bu fikirləri oxu.az-a açıqlamasında azərbaycanlı ekoloq, Azərbaycan Ekoloji Proqnozlar Mərkəzinin prezidenti Telman Zeynalov deyib.
Onun sözlərinə görə, Azərbaycanın müvafiq qurumları artıq indidən sel və leysanlara qarşı hazırlıq işlərinə başlamalıdır.
Oxu: Əgər yerimizdə sayırıqsa, pullar hara gedir?
"Azərbaycanda yağışlı payızı proqnozlaşdırmaq üçün kifayət qədər əsas var. Yağıntılar iqlim normasından bəzən çox olacaq”, - Zeynalov bildirib.
Xatırladaq ki, sentyabrın 23-də Bakıda güclü yağış yağıb. Bir neçə dəqiqə davam edən yağış nəticəsində paytaxtın bəzi küçələri həqiqi çaya çevrilib. Bəzi yerlərdə suyun dərinliyi yarım metrə çatıb.
Şərhlər