İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu saxlanıldıqdan sonra Çağlayan Ədliyyəsinə gətirilib, ifadəsi alındıqdan sonra həbs olunaraq Silivridəki Mərmərə Cəzaçəkmə Müəssisəsinə aparılıb.
Qaynarinfo "Haber Global” xəbər verir ki, həbsxananın qarşısında geniş təhlükəsizlik tədbirləri görülüb.
Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilib.
Ona qarşı aparılan "terror” istintaqında prokurorun həbs tələbi hakim tərəfindən rədd edilib.
Şərhlər