Ekspert:

Ekspert: "Avtobuslarda əvvəlki kimi sıxlıq olmayacaq"

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar paytaxtda ictimai nəqliyyatın fəaliyyətinə birbaşa təsir edəcək. Belə ki, iyulun 1-dən Bakının küçə və prospektlərində qurulmuş karantin postlarının yığışdırılmasına başlanılıb. Bu gündən (iyulun 4-dən) Bakı metrosunun fəaliyyəti dayandırılır. Bakıda ictimai nəqliyyat avtobus və metrodan ibarət oluğundan (şəhərdə tramvay, trolleybus və s. yoxudr) qarşıadkı yarım ayda əsas güc avtobusların üzərinə düşəcək.

Yeri gəlmişkən, 6 iyuldan şəhərdə 7 ekspres avtobus xəttinin fəaliyyəti bərpa edilir.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sfera.az saytına verdiyi açıqlamada bildirib ki, bu dəfə xətlərə daha çox avtobus buraxmaq lazım gələcək:



"Mart ayından tətbiq edilən xüsusi karantin rejimində bir çox sahələr fəaliyyət göstərmədiyi üçün küçədə insanların sayı az idi. Bu gün isə insanların sayı əvvəlkindən daha çoxdur. Çünki bir çox sahələrin fəaliyyətinə icazə verilib. Odur ki, BNA-nın fəaliyyətini alqışlayıram. Çünki agentlik metronun fəaliyyətinin dayanması ilə bağlı qərara operativ reaksiya verdi və ekspres avtobusların fəaliyyətini təmin etdi. Düşünürəm ki, ekspres avtobusların hərəkət mexanizmini izləniləcək və ona uyğun addımlar atılacaq. Bu dəfə xətlərə daha çox avtobus buraxmaq lazım olacaq. Şəxsi nəqliyyatla hərəkət edə bilməyən vətəndaşlar az deyil. Onlar yalnız avtobusların ümidinə qalacaq. Bu insanları da yolda qoymaq lazım deyil. 2 saatlıq evdən çıxan sərnişinlər həmin vaxtı dayanacaqda avtobus gözləməklə keçirməməlidir”.

Ekspertin fikrincə avtobuslarda əvvəlki dövrdə olduğu kimi sıxlıq müşahidə olunmayacaq:

"Avtobusların sayını intervalla nəzərə almaq lazımdır. Vəziyyətə uyğun dərhal avtobusların sayı bardə qərar qəbul edilməldir. Sıxlıq olarsa dərhal həmin istiqamətdə avtobus sayını artırmaq və digər addımlarla prosesləri tənzimləmək lazımdır. İctimai nəqliyyatın məhdudlaşdırılması virusun qarşısını almağa yönəlmiş addımdır. Odur ki, ekspres avtobuslarda da sıxlıq olmamalı, sosial məsafə qorunmalı, maskalardan istifadə edilməlidir. Bunların təmin edilməsi baxımından BNA-nın üzərinə böyük yük düşür. Düşünürəm ki, BNA-ya da kömək etmək üçün hərbi qulluqçulardan istifadə edilməlidir. Çünki agentlik təkbaşına bu ağır işin öhdəsindən gələ bilməyəcək. Agentliyin o qədər əməkdaşı yoxdur ki, hər dayanacaqda insanlarla söhbət aparmaq, maska taxılmasına, ara məsafəsinin qorunmasına nəzarət etmək üçün bir nəfər təyin edilsin. Avtobusda yerlər dolubsa əlavə sərnişinlərin minməsi məhdudlaşdırılmalıdır. Düşünürəm ki, hərbi qulluqçuları BNA-nın da köməyinə yönləndirmək lazımdır. Bu qədər yükü tək BNA-nın üzərinə qoyub onlardan yüksək səviyyədə iş tələb etmək də düzgün deyil. Cəmiyyətin hər üzvü bu prosesi başa düşməli, agentliyin işinə mane olmamalı və dövlətimiz də digər qurumlara olduğu kimi BNA-ya da kömək etməlidir”.

Ekspert əlavə edib ki, yollardakı postların yığışdırılması avtobuslararası intervalı azaldacaq:

"Avtobuslar postlarda xeyli vaxt itirirdi. İndi isə bu tıxaclar aradan qalxacaq. Son günlər yollarda bir o qədər sıxlıq da yoxdur. Həftə sonları nəqliyyat vasitələrinin sayı daha da azalacaq. Bu baxımdan xətlərə müəyyən sayda avtobus buraxmaqla normal interval üzrə sərnişinləri daşımaq mümkündür”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR