Xəbər lenti

Ekspert koronavirusun qiymətlərə necə təsir edəcəyindən danışdı
Dünya 18:45 26.02.2020

Ekspert koronavirusun qiymətlərə necə təsir edəcəyindən danışdı

Yeni növ koronavirus ərzaq mallarının qiymətinin artmasına səbəb olacaq. Lakin bu təsir ilk növbədə epidemiyanın özündən deyil, "qorxu amili" və digər dolayı amillərdən qaynaqlanacaq.

Qaynarinfo xəbər verir ki, bu haqda Qida və Kənd Təsərrüfatı Təşkilatının böyük iqtisadçısı Abdolreza Abbasian deyib.  

Abbasianın sözlərinə görə, əhalinin çaxnaşması yüksək keyfiyyətli məhsullara tələbatın azalmasına və uzunömürlü məhsullara, məsələn, dənli bitkilərə tələbatın artmasına səbəb olur.

Mütəxəssis əlavə edib ki, digər vacib cəhətlər arasında qida tədarükü ilə əlaqəli daşınma problemlərini də qeyd etmək olar. Ümumiyyətlə, mütəxəssislərin fikrincə, qiymətlərdə yüksək dəyişkənlik müşahidə ediləcək.
 
Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->